Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın Əlaqələndirmə Şurasının iclası keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icraçı istiqamətində ötən müddət ərzində görülmüş işlər barədə məlumat dinlənilib, qarşıda duran vəzifələrin icrasının əlaqələndirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanmış “Göy cisimlərinin Yer və onun peykləri ilə toqquşması problemi” mövzusunda təqdimat da nümayiş etdirilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən hazırlanmış “Göy cisimlərinin Yer və onun peykləri ilə toqquşması problemi” mövzusunda təqdimat da nümayiş etdirilib.
785