Azərbaycan və Avstriya arasında Qarışıq Komissiyanın iclası keçirilir
21 oktyabr 2010 12:03 (UTC +04:00)

Azərbaycan və Avstriya arasında Qarışıq Komissiyanın iclası keçirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, komissiyanın həmsədrləri Azərbaycan Respublikası tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya Respublikası tərəfdən isə Jozef Mayendir.


Komissiyanın həmsədrləri və üzvləri bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. İclasda iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya üzrə qarşılıqlı əməkdaşlığın vəziyyəti, əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə olunacaq.


Oktyabr ayının 22-dək davam edəcək tədbirin sonunda protokol imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar