Oğru dünyasının əsilzadələri: cibgirlər – HEKAYƏT – IV yazı
Ötən yazıda cibgir peşələrinin təfsirində qaldıq. Qeyd etdik ki, cibgirlər həm iş üslublarına, texnikalarına görə, həm də işlədikləri yerə görə fərqlənirlər. Marvixer, Şipaç, Pisaka, Tryasundan söhbət açdıq, səciyyəvi cəhətləri haqda müxtəsər məlumat verdik. Xatırlatmaq zəruridir ki, onların hər birindən uzun-uzadı danışmaq olar və yeri gəldikcə, şahidi olduğum, eşitdiyim real hadisələrin timsalında bu məsələlərə bir də qayıtmaq fikrindəyəm. Hələlik isə təfsirimizi davam etdirək...
“ŞİRMAÇ”
“Şirma” sözü alman mənşəlidir, bu sözün arakəsmə, pərdə, örtük mənaları var. Elə sözün mənasından göründüyü kimi, “şirmaç”lar öz qurbanlarının cibini, yaxud çantasını qollarının üstünə atdıqları plaşla, pencəklə örtəndən sonra işlərini görürlər. Cibgirin göz qabağında olan sərbəst əli isə soyduğu şəxsin diqqətini yayındırmaqla məşğul olur. Məsələn, cibgir qəzetlə üzünü yelləyə bilər, yaxud mobil telefonda maraqlı bir oyun oynayar. Bəzən pencəyin, plaşın, paltonun yerinə gül dəstəsindən də istifadə olunur.
Təxminən iki-üç il qabaq bir “şirmaç”ın avtobusda necə işlədiyini izləmişəm. Mən, ümumiyyətlə, ictimai nəqliyyata minəndə, insanları müşahidə etməyi xoşlayıram. Çalışıram hər şeyə fikir verim, ən əhəmiyyətsiz detallara belə diqqət yetirim. Diqqətli olanda o qədər maraqlı şey görürsən ki...
“Şirmaç” yaşlı, kök, qarabəniz bir qadın idi. Avtobusun qabaq qapısından nıqqıldaya-nıqqıldaya salona qalxdı. Sərnişinlər elə çox deyildi, boş yerlər də vardı. Onların yanından ötüb mənimlə üzbəüz oturmuş iki cavan qıza yanaşdı. Qızların hər ikisi gözlərini əllərindəki telefonlara zilləmişdilər, deyəsən şıdırğı mesajlaşırdılar.
Elə avtobus yerindən tərpənəndə azacıq ləngərləyən kimi, arvad özünü qıraqda oturmuş qızın üstünə yıxdı. Yazıq əməlli-başlı diksindi, başının üstündə donquldanan ağbirçək arvadı görən kimi, qalxıb yer verdi.
Qadın yerini rahatladı, ikicə dəqiqədən sonra da mürgüləməyə başladı. Sağ əli göz qabağındaydı, üstünə qara jaketini saldığı sol əli isə görünmürdü...
Düzü, gözüm onu lap elə avtobusa mindiyi andan almışdı. İçəri girən kimi, boş yerlərin yanından ötüb özünü rahatca oturmuş qızın üstünə yıxması, sonra da onu qaldırıb yerində əyləşməsi diqqətimi çəkmişdi.
Bəri başdan deyim ki, gözaltı etdiyi qız da ətrafında baş verənlərə tam etinasızlığıyla fərqlənirdi. Rəfiqəsinin ayağa qalxması, yerini həmin o cantaraq arvada verməsinin qətiyyən fərqində deyildi; deyəsən aldığı mesaja gülümsünür, tələsik, ikiəlli cavab yazırdı...
Heç növbəti dayanacağa çatmamış, arvad artıq əməlli-başlı yuxuya getmişdi. Avtobus gedə-gedə yırğalanır, yırğalandıqca da qadın yanındakı qızın üstünə yayxanır, qəflətən də diksinib ayılır, başını qaldırır, döyükən gözlərini ətrafda gəzdirir, təzədən yuxuya gedirdi. Qız ilk toxunuşda arvada çəpəki bir nəzər saldı, ikincidə başını qaldırmadı, üçüncüdə isə qımıldanmadı da.
Təcrübəli cibgirlər bunu yaxşı bilir: adama iki dəfə dalbadal toxunursansa, üçüncü dümsüyü yüz faiz duymayacaq...
Amma bu arvad sol əliylə necə aşkar işləyirdi, yatmış arvadın jaketi diriymiş kimi, necə tərpənirdı, qızın çantası jaketin altında necə eşilirdi - gərək özünüz görəydiniz...
Arada qıza lap təəccüb elədim: adam da bu boyda zıppa-zıpdan xəbərsiz qalar?..
Bilirdim ki, indi Bakı cibgirləri adətən tək işləmirlər. Xüsusılə də ictimai nəqliyyat kimi qapalı yerlərdə. Odur ki, arvad işini görməkdə olsun, mənim də gözlərim avtobusun içində “şirmaç”ın yoldaşını axtarırdı. Bayaq qadın içəri girəndə diqqətimi elə çəkmişdi ki, onunla eyni dayanacaqda minənlərə fikir verməmişdim. Amma yoldaşı mütləq burda olmalıydı, tək işlədiyinə inanmırdım.
Məndən arxadakı oturacaqda iki cavan oğlan ucadan söhbət edirdi; onlar da ola bilərdilər. Çönüb arxaya baxmaq bəhanəsiylə oğlanlara nəzər saldım. Amma oxşamırdılar, deyəsən tələbəydilər, başları bir-birinə qarışmışdı. O yanda daha bir qadın vardı, elə o da ola bilərdi...
Salona göz gəzdirə-gəzdirə aşağı başda ayaq üstə durmuş arıq, uzun bir oğlan gördüm. Yanında boş oturacaqların olmasına rəğmən, dik durmuşdu, mənə yaman baxırdı. Deyəsən, o tərəf-bu tərəfə boylanmağımdan ağlı bir şey kəsmirdi. Fikirləşdim ki, hələ jaketin altından işini görən arvada necə baxdığımı görsəydi, nə edərdi; yaxşı ki, arxam ona sarıydı...
Bir dayanacaq da bu minvalla getdik. Növbəti dayanacaqda qadın qalxdı; bayaqkı yuxuculluğundan əsər-əlamət qalmamışdı. Pulunu verib yenə də nıqqıldaya-nıqqıldaya düşdü. Gözləyirdim ki, görüm bayaq diqqətimi çəkən oğlan da onun dalınca düşəcəkmi...
Oğlan baxışlarıyla qadını ötürdü, qapı örtülhaörtüldə sıçrayıb çıxdı. Avtobus tərpəndi, qanrılıb baxanda, gördüm yanaşı durublar. Deyəsən, dayanacaqdakıların hansınısa gözaltı eləmişdilər; yəqin o minən avtobusa minəcəkdilər...
Unutmamışam, keçən söhbətimdə Sizə söz vermişdim ki, məktublarınıza vaxt ayıracağam, amma bu dəfə alınmadı. Bağışlayarsınız yəqin, qalsın gələn dəfəyə.
Allah hamını şər-xatadan qorusun!
Suallarınızı [email protected] ünvanına yazın.
Hörmətlə, sizin
İ.Q.

769