4 aptek bağlandı
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi avqustun 15-dən oktyabrın 1-dək arasında ölkə ərazisində fəaliyyət göstərən 103 aptek təşkilatlarında reydlər keçirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, reydlər zamanı aptek təşkilatlarından qeyri-qanuni ölkəyə idxal olunmuş və yararlıq sertifikatı olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə edilib. Həmçinin xüsusi razılıq (lisenziya) olmadan qanunsuz əczaçılıq fəaliyyəti göstərən 4 obyekt aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar həmin obyektlərin sahiblərinə inzibati xətalar haqqında cərimə protokolları tərtib edilib.
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi əczaçılıq fəaliyyəti qaydalarının, o cümlədən, dərman preparatları və tibb ləvazimatlarının alınması, saxlanması, satılması və keyfiyyətinin qanunauyğunluğunu yoxlamaq məqsədilə reydləri davam etdirir.
Elxan SALAHOV

735