Yağış davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 20-22, axşam 16-18 dərəcə isti olacaq.
Oktyabrın 19-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-16, gündüz 20-23 dərəcə isti olacaq.
Oktyabrın 20-də havanın buludlu olacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.
Oktyabrın 21-də havanın buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 20-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 19-da hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Oktyabrın 20-21-də hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

680