Kiçik məktəblər birləşəcək
15 oktyabr 2010 12:47 (UTC +04:00)

Kiçik məktəblər birləşəcək

Təhsil Nazirliyi kənd rayonlarında az sayda şagirdləri olan kiçik məktəblərin birləşdirilməsinə dair proqram hazırlayıb.


Nazirlikdən Lent.az-a bildiriblər ki, bu proqram hər sinfində 10 nəfərdən az şagirdin təhsil aldığı bütün dağlıq rayon məktəblərini əhatə edəcək. Artıq məktəblərin birləşdirilməsi proqramının icrasına start verilib. Bu proqram ilk olaraq Ucar rayonundan başlanıb.


Nazirlikdə bildirirlər ki, məktəblərin birləşdirmə proqramının gələcəkdə şagirdlərinin sayı az olan və iri şəhərlərdə yerləşən məcburi köçkün məktəblərinə də şamil edilməsi nəzərdə tutulur. Hazırda isə məcburi köçkün ailələri arasında ölkədaxili miqrasiya prosesləri başa çatmayıb. Bu səbəbdən həmin proqramın məcburi köçkün məktəblərinə şamil olunması bir qədər yubana bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar