Sumqayıtda 586 liftdən 24-ü işləmir
15 oktyabr 2010 11:00 (UTC +04:00)

Sumqayıtda 586 liftdən 24-ü işləmir

Sumqayıt şəhərindəki binalarda mövcud olan 586 liftdən 24-ün fəaliyyəti dayanıb.
Sumqayıt şəhər “Lift-Servis” Birliyindən Lent.az-a verilən məlumata görə, hazırda mövcud olan 586 liftdən 562-si istismardadır. Bu isə liftlərin ümumi sayının 96 faizini təşkil edir.

Bununla belə, hazırda fəaliyyət göstərməyən liftlərin də işə salınması istiqamətində müvafiq tədbirlər görülür. Belə ki, şəhərdə yaşayış binalarındakı liftlərin təmiri istiqamətində görülən işlər çərçivəsində bu ilin sentyabr ayı ərzində 18 liftdə cari təmir işləri aparılıb.

Bundan başqa, 2010-cu ilin sonunadək şəhərin yaşayış binalarında 31 yeni liftin quraşdırılması, istismar müddəti ötmüş 9 liftin yenisi ilə əvəz edilməsi və istismarda olan 85 liftin əsaslı, 96 liftin isə cari təmiri nəzərdə tutulub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar