Müharibə və əmək əlilləri üçün pansionat SSRİ-dən qalma əsasnamə ilə işləyir
14 oktyabr 2010 19:05 (UTC +04:00)

Müharibə və əmək əlilləri üçün pansionat SSRİ-dən qalma əsasnamə ilə işləyir

Bu başçəkmə oktyabrın 1-də həmin müəssisədə aparılmış qısamüddətli monitorinqin davamı olub. Başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün şəraitin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir.

Ombudsmanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı MPM qrupunun üzvləri yaşlı sakinlərin yaşayış şəraiti ilə tanış olub, ümumi istifadə yerlərinə baxıb, ahılların səhhəti, müalicəsi, dərman preparatları ilə təminatı, qidalanması vəziyyətini öyrənib. Binanın əsaslı təmirə ehtiyacı olduğu müəyyənləşdirilib.

Burada yaşayan sakinlərin bir qismi ilə təkbətək söhbət zamanı onlar yaşayış şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

Başçəkmə zamanı MPM qrupunun üzvləri müəssisə rəhbərliyinin hələ də 1976-ci ildə, keçmiş postsovet məkanında tərtib olunmuş köhnə Əsasnamə ilə işlədiyini müəyyənləşdirib və bununla bağlı iradlarını bildirərək yeni Əsasnamənin hazırlanmasının zəruriliyi vurğulayıb. Qrupun üzvləri müəssisə rəhbərliyinə şəraitin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr də veriblər.

Məlumata görə, belə başçəkmələrin digər sosial obyektlərdə - ahıllar, əllilər və uşaqlar üçün internat evlərində, psixonevroloji müəssisələrdə davam etdirilməsi nəzərdə tutulur.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797

Oxşar yazılar