Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir - FOTO
12 oktyabr 2010 12:09 (UTC +04:00)

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir - FOTO

Oktyabrın 11-də Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi” layihəsi çərçivəsində “Sosial şəbəkələrdə aktiv olan gənclərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hazırlanması” mövzusunda təlimlər başlayıb.

İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, təlimin açılışında çıxış edən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev həyata keçirilən layihə və bu çərçivədəki təlim barəsində iştirakçılara ətraflı məlumat verib.

Sonra təlim başlanılıb. Təlimlər bu gün də davam edəcək. Təlimlərdə müxtəlif universitetləri təmsil edən tələbələr çıxış edirlər. Bundan başqa, təlimin açılışına bir sıra QHT və KİV nümayəndələri də qatılıb. Təlimlər “İRƏLİ” İctimai Birliyinin İKT mərkəzində bu mərkəzin peşəkar təlimçiləri tərəfindən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar