Geoloqlarımız  XVIII Beynəlxalq Sedimentoloji Konqresdə iştirak ediblər
12 oktyabr 2010 12:00 (UTC +04:00)

Geoloqlarımız XVIII Beynəlxalq Sedimentoloji Konqresdə iştirak ediblər

Azərbaycandan bir qrup geoloq-alim Argentinanın Mendoza şəhərində keçirilmiş XVIII Beynəlxalq Sedimentoloji Konqresdə iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mətbuat xidmətindən (AMEA) Lent.az-a verilən məlumata görə, Beynəlxalq Sedimentalogiyaçılar Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə akademiklər Akif Əlizadə və İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov Azərbaycanda sedimentalogiya istiqamətindəki tədqiqatlardan məlumat veriblər.

Geoloqlar AMEA Geologiya İnstitutunun nəşri olan “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentalogiyası” adlı beynəlxalq elmi jurnalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərbaycan Neft Təsərrüfatı” jurnalını tədbir iştirakçılarına təqdim ediblər. Alimlərin “Cənubi Xəzər hövzəsinin Kür çayının deltasında holosen çöküntütoplanması və üzvü karbonun dövriyyəsi”, “Xəzər dənizində iqlimdən aslı olaraq terrigen süxurlarının pleystosendə çöküntü ritmləri” və ‘Cənubi Xəzərin aşağı pliosen çöküntütoplanma şəraitinin evaporitlərdə kükürd izotopunun əsasında bərpası” mövzularında elmi məruzələri böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar