Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan etdi
11 oktyabr 2010 14:23 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan etdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş, eləcə də informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə elan edib.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, müsabiqə aşağıdakı nominasiyalar üzrə elan edilir:

- İKT üzrə ən yaxşı aktual məqalə

- İKT üzrə ən yaxşı elmi məqalə

- İKT üzrə ən yaxşı kitab

- Ən yaxşı elektron xidmət

Müsabiqədə iştirak etmək üçün ‘www.aztelekom.org/iktmusabiqe” saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə işlərini bu sayt vasitəsi ilə təqdim edir. Eyni zamanda, işlər kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.


Qaliblərin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçiriləcək. I mərhələdə səsvermə “www.aztelekom.org/iktmusabiqe saytında” online yolu ilə həyata keçiriləcək. II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.

İşlərin təqdim olunması üçün oktyabrın 11-dən noyabrın 15-ə kimi vaxt ayrılıb.

I mərhələ üzrə online səsvermə noyabrın 16-dan noyabrın 28-ə kimi davam edəcək. Nominasiyalar üzrə qaliblər noyabrın 30-da müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar