Oktyabrın 31-də qış vaxtına keçirik
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a bildirib ki, Nazirlər Kabinetinin “Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Fazil Talıblı tövsiyə edir ki, vətəndaşlar oktyabrın 31-də yatmazdan əvvəl saatların əqrəbini 1 saat geri çəksinlər. Əks halda insanlar işə, səfərə, bazara gecikə bilərlər.
Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Energetiklərin fikrincə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Lakin yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və bir sıra digər ölkələr daxildir.
Elxan SALAHOV

972