Müəllimlərin orta aylıq maaşı 219 manatdır
Bu gün Azərbaycanda “Müəllim günü”dür. Bu gün o təbəqənin bayramıdır ki, onların işi-peşəsi ölkənin gələcəyi olan gənc nəsli savadlandırmaqdan, tərbiyə etməkdən ibarətdir.
Lent.az bu ağır və məsuliyyətli işi çiyinlərinə almış peşə sahibləri ilə bağlı bəzi statistik məlumatları oxucuların diqqətinə çatdırır.
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanın 4546 ümumtəhsil məktəbində 169 min 498 müəllim çalışır. Onlar 1 milyon 359 min 900 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Ali təhsil müəssisələrində çalışan müəllimlərin sayı isə 14 min 890-dır. Onların 12 min 800-ü dövlət ali təhsil ocaqlarında, 2 min 90-ı qeyri-dövlət ali məktəblərində çalışan müəllimlərin payına düşür.
Statistik hesablamalara əsasən, hazırda Azərbaycanın dövlət sektorunda ən aşağı əməkhaqqı alan məhz müəllimlərdir. Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsindən aldığımız məlumata əsasən, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı təxminən 219 manatdır. Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərdə bu göstərici 146, peşə məktəbləri və peşə liseylərində 154, orta ixtisas təhsili müəssisələrində isə 200 manatdır.
Xatırladaq ki, “Müəllim günü” ilə əlaqədar prezidenti İlham Əliyev dünən təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2 müəllim “Şöhrət” ordeni, 74 müəllim “Tərəqqi” medalı, 3 müəllim “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bundan başqa, 70 təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib.
Təhsil Naziri Misir Mərdanov iki ay əvvəl Lent.az-a müsahibəsində söyləmişdi ki, Azərbaycan şəraitində orta məktəblərdə işləyən müəllimlərin aylıq maaşı təxminən 600-700 manat səviyyəsində olmalıdır. Nazirin başqa bir arzusu isə müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlıdır.
Arzunuz çin olsun, əziz müəllimlər!
Bayramınız mübarək!

1212