Saatda 3 növ heyvan yer üzündən silinir
04 oktyabr 2010 11:57 (UTC +04:00)

Saatda 3 növ heyvan yer üzündən silinir

3 oktyabr “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Həmçinin 1931-ci ildən etibarən hər il oktyabrın 4-ü “Ümumdünya Heyvanların Mühafizəsi Günü” kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildiriblər ki, hər iki günün qeyd olunmasının məqsədi geniş kütləni quşların və heyvanların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərini diqqətə çatdırmaq, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən, hər saat yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub.

Ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılıb. Mərkəzin əsas məqsədi qeyri–qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

Hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı var. Bu, ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir. Heyvan və quş növlərinin öyrənilməsi və mühafizəsi ilə əlaqədar hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra mütəxəssisləri və QHT nümayəndələri, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib.

Elxan SALAHOV
# 604

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17