Azay Quliyev BMT eksperti ilə gender layihələrini müzakirə edib - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın ofisində BMT-nin Qadın Məsələləri üzrə İnkişaf Fondunun (UNİFEM) eksperti xanım Linda Herşkoviçlə görüşüb.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Linda Herşkoviç deyib ki, UNİFEM-in Qazaxıstanda yerləşən regional nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilməsinə başlanan layihənin məqsədi hökumət, özəl və qeyri-hökumət sektorlarında çalışan qadınların statusu və vəziyyəti ilə bağlı strategiyanın hazırlanmasıdır.
O, mövzu üzrə vəziyyətlə tanışlıq qismində Şuranın gender siyasəti və qadın məsələləri ilə bağlı maliyyələşdirdiyi layihələrlə maraqlandığını bildirib.
Azay Quliyev gender məsələlərinin Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlərə daxil olduğunu və bu sahədə yüzlərlə fəal QHT-nin fəaliyyət göstərdiyini söyləyib. O, cəmiyyətdə müəyyən aktuallığı ilə seçilən bu məsələlərə Şuranın beynəlxalq təşkilatlarla imzaladığı birgə maliyyə yardımı müsabiqələrində də geniş yer verildiyini qeyd edib. Bu sahədə çalışan QHT-lərə beynəlxalq dəstəyin verilməsində Şuranın həm də bir körpü rolunu oynadığını deyən Azay Quliyev rəhbərlik etdiyi qurumun UNİFEM-lə də əməkdaşlığa hazır olduğunu vurğulayıb.

577