Çexiya ilə sosial təminat protokolu imzalanıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub.
Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, Çexiyanın pensiya orqanının dəvəti ilə baş tutan səfərdə iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə olunub. Səfərin ilk günündə tərəflərin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hər iki ölkələrin sosial təminat sistemləri barədə məlumat mübadiləsi aparılıb. Tərəflər “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş” layihəsini ətraflı müzakirə ediblər. Saziş layihəsi üzrə müzakirələrin sonunda tərəflər arasında protokol imzalanıb, layihə ilə bağlı danışıqların ikinci mərhələsinin Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.
DSMF-nin nümayəndə heyətinin üzvləri Çexiyanın Sosial Təminat Administrasiyasının əməkdaşları tərəfindən hazırlanmış və Administrasiyanın fəaliyyət sahələrinə həsr olunmuş təqdimatlarla, buradakı mərkəzləşdirilmiş arxivin işi ilə tanış olublar. Arxivdə ölkədə işləyən hər bir şəxs barədə 1935-ci ildən etibarən məlumatlar torlanır.
Elxan SALAHOV

711