Dövlət toxum almağa pul xərcləməyəcək
“Biz nazirlik olaraq, bu il dövlət vəsaiti hesabına xaricdən dənli və dənli-paxlalı bitki toxumu gətirmək niyyətində deyilik. Ancaq özəl şirkətlər bununla məşğul olmaq istəyirsə, biz onları dəstəkləyəcəyik”.
Lent.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanda dənli və dənli-paxlalı məhsul istehsalı 3 milyon, bu il isə 2 milyon ton təşkil edib. Həmin məhsulun bir hissəsi məhz toxumçuluq məqsədilə nəzərdə tutulub.
İsmət Abbasov bildirib ki, dənli bitkilərin istehsalı 30-33 faiz aşağı düşürsə, toxumçuluq sahəsində də müəyyən işlərin görülməsi zərurəti yaranır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi özəl şirkətlərin xaricdən toxum gətirmək istəyinin reallaşmasına kömək edəcək. Onun sözlərinə görə, Azərbaycana gətirilən toxumlar mütləq ölkədə sınaqdan keçmiş, qeydiyyata alınan sortlardan olmalıdır.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09