Heyvan və bitki yağlarının, alkoqolsuz içkilərin, çayın da standartı olacaq
28 sentyabr 2010 15:01 (UTC +04:00)

Heyvan və bitki yağlarının, alkoqolsuz içkilərin, çayın da standartı olacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri, ölkəmizdə qida istehsalı üzrə ixtisaslaşmış sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

İclasda Texniki Komitə tərəfindən işlənib hazırlanmış standart layihələrinin SMPDK-ya ekspertiza üçün təqdim olunması əsas müzakirə mövzusu olub. Bu standart layihələri aşağıdakılardır:

1. Alkoqolsuz içkilər. Ümumi texniki şərtlər.

2. Heyvan və bitki piyləri və yağları. Turşuluq ədədinin və turşuluğun təyini üsulları.

3. Təbii mineral su. Ümumi texniki şərtlər.

4. Qablaşdırılmış ətirli qara məxməri çay. Texniki şərtlər.

5. Marqarinlər, mətbəx, şirniyyat, çörək bişirmə və süd sənayesi üçün yağlar. Qəbul qaydaları və nəzarət üsulları.

6. Alkoqolsuz və zəif alkoqollu istehsal məhsulları. Termin və təriflər.

7. Analitik laboratoriyada istifadə olunan su. Spesifikasiyası və sınaq üsulları.

8. Heyvan və bitki piyləri, yağları. Sınaq nümunəsinin hazırlanması.

9. Bitki mənşəli marqarinlər. Texniki şərtlər.
Standart layihələri Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və "Codex Alimentarius" Komissiyasının standartları əsasında hazırlanıb. İclasda layihələrin beynəlxalq standartlar əsasında hazırlandığı qeyd edilib, aparılan müzakirələrin nəticəsi olaraq səsvermə keçirilib, səs çoxluğu ilə layihələrin ekspertiza üçün Texniki Komitə tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilməsi qərara alınıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144

Oxşar yazılar