Ramiz Rzayev: “Seçki şikayətlərlə bağlı məhkəmə qərarlarının Avropa standartlarına uyğun və ədalətli olmasını istəyirik”
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev verib.
O seçki prosesini vətəndaşların idarəetmədə böyük fəallığı kimi dəyərləndirib: “Seçki zamanı hər hansı bir hüquqi mübahisələr olduqda, Mərkəzi Seçki Komissiyasına müraciət olunur. Əgər şikayətçi Mərkəzi Seçki Komissiyasının qərarından narazı qalarsa, o zaman məhkəməyə müraciət edir. Buna görə biz istəyirik ki, məhkəmənin fəaliyyətini genişləndirək ki, belə məsələlər olduqda məhkəmənin qəbul etdiyi qərarlar Avropa standartlarına uyğun və ədalətli şəkildə olsun. Həm seçiciləri, həm də namizədləri daha mükəmməl müdafiə etməyə çalışacağıq. Uzun müddətdir ki, biz bu sahədə Venesiya Komissiyası ilə əməkdaşlıq edirik”. Ramiz Rzayev seçki ilə bağlı müraciətlərə 3 gün müddətində baxılacağını da vurğulayıb.

739