Miqrant kvotası azaldılacaq
Gələn ildən Azərbaycanda əmək miqrasiyası kvotasının azaldılacaq. Məqsəd xaricdən Azərbaycana əməkçi miqrant axınının qarşısını almaqdır.
Dövlət Miqrasiya Xidmətindən Lent.az-a bildiriblər ki, son illər Azərbaycanda əmək bazarının yaxşılaşması nəticəsində ölkəyə gələn xarici miqrantların sayını artırıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 8 mindən xarici ölkə vətəndaşı daimi işlərdə çalışır.
Xidmətdə bildirirlər ki, bu il Azərbaycanda 10 min 700 nəfər üçün əmək kvotası nəzərdə tutulub. Mövcud qanunvericiliyə görə, kvota əmək bazarında iştirak edən əcnəbilərin sayı ilə müəyyənləşir. Gələn il təsdiq olunacaq kvota limitinin isə builki miqrantların sayı da daxil olmaqla 10 min nəfərdən az olacağı gözlənilir.
Xatırladaq ki, hazırda Azərbaycanda bir nəfər xarici vətəndaşın iş icazəsi almaq və miqrant hüququnu əldə etmək üçün 1000 manat rüsum ödəyir. Əcnəbilərin ölkəmizdə maksimum 5 il müddətində yaşama və daimi yaşama status əsasında qalıb işləmək hüququ var. Bu səbəbdən də miqrantlar hər il ilin sonunda müvafiq qaydada fərdi icazə almalıdır. Əks halda xarici miqrantları işə götürən tərəf 30 min manatdan 35 min manatadək cərimə olunur.
Elxan SALAHOV

1194