Sabahdan hava soyuyacaq
22 sentyabr 2010 13:52 (UTC +04:00)

Sabahdan hava soyuyacaq

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub küləyi əsəcək. Gündüz 29-31, axşam 22-24 dərəcə isti olacaq.

Sentyabrın 23-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək. Gecə 16-18, günün birinci yarısında 28-32, günün ikinci yarısında 25 dərəcəyədək isti olacaq.

Sentyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək. Gecə 14-17, gündüz 21-24 dərəcə isti olacaq.

Sentyabrın 25-də buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 13-15, gündüz 22-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi gündüz qərb küləyi əvəzlənəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 24-25-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Sentyabrın 25-də gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, 25-də şərq küləyi əsəcək. Gecə 13-17, gündüz 21-25, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar