20 tələbə Şimali Kiprdə pulsuz təhsil alacaq
21 sentyabr 2010 17:54 (UTC +04:00)

20 tələbə Şimali Kiprdə pulsuz təhsil alacaq

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Şimali Kiprdəki Yaxın Doğu Universitetində təhsil alacaq. Həmin tələbələrin Şimali Kiprə göndərilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş tutub.

Lent.az-ın məlumatına görə, artıq bununla bağlı komitə ilə Yaxın Doğu Universiteti arasında müqavilə də bağlanıb. Müqaviləyə əsasən, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzində Yaxın Doğu Universitetində təhsil alacaq abituriyentlərin seçimi başa çatıb. Xüsusi komissiyanın sorğu-sual əsasında apardığı seçimdə əsas üstünlük Gürcüstanın ümumi test nəticəsində gürcü və ingilis dilindən yüksək bal toplayanlara verilib.

Ümumilikdə seçim turundan 20 gənc uğurla keçib və onlar üçün Yaxın Doğu Universitetində müxtəlif ixtisaslar üzrə yerlər ayrılıb. Onlar əsasən turizm və otel idarəçiliyi, Avropa Birliyi ilə münasibətlər, maliyyə və bank işi, iqtisadiyyat, idarəetmə, marketinq, siyasət elmləri, beynəlxalq münasibətlər, beynəlxalq menecment, jurnalistika, radio, televiziya və kino ixtisaslarında təhsil alacaqlar.

Xatırladaq ki, Yaxın Doğu Universiteti ilə razılaşmaya əsasən, burada təhsil alacaq azərbaycanlı tələbələrdən təhsilhaqqı və yataqxana xərclərinə görə ödəniş tələb olunmayacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar