“Bakı Tikiş Evi”ndə yoxlamaların ilkin nəticələri açıqlandı
21 sentyabr 2010 12:05 (UTC +04:00)

“Bakı Tikiş Evi”ndə yoxlamaların ilkin nəticələri açıqlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları “Bakı Tikiş Evi” ASC-də istehsal olunan məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin standartların tələblərinə, keyfiyyət və təhlükəsizliyinə uyğunluğunu yoxlamaq üçün dövlət nəzarəti planı əsasında araşdırma aparıblar. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisə məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri istehsalı üçün tələb olunan normativ sənədlərin bir qismi ilə təmin edilib.


Üst geyimlərinin istehsalı üçün müəssisə tərəfindən “Məktəbli oğlan və qızlar üçün kostyum” adlı texniki təsvir sənədi hazırlanıb və Azərbaycan Valideynlər Assosiasiyasının razılığı əsasında qəbul edilib. Texniki təsvirlərdə standartın tələblərinə uyğun olaraq məktəbli geyimlərinin rəsmləri, siluetləri, formaları, həmçinin tərkibi haqqında məlumatlar əks olunub.


Nazirlər Kabinetinin “Məhsulların sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 343 saylı Qərarına əsasən uşaq geyimləri məcburi sertifikatlaşdırılmalı mallar sırasında olduğu üçün “Bakı Tikiş Evi” ASC tərəfindən istehsal olunan məktəbli geyimlərinin sertifikatlaşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət edilib. Hazırda məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrləri üzrə QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) analizləri aparılır. Analizlərin nəticələrindən asılı olaraq geyimlərin sertifikatlaşdırılması məsələsinə baxılacaq.


Bundan başqa müəssisə “Məktəbli forması” adlı texniki şərt hazırlanmasını öhdəsinə götürüb.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584

Oxşar yazılar