Elmi tədqiqat, mədəniyyət, gənclər və idman müəssisələrində çalışanların əmək haqları artırıldı
17 sentyabr 2010 20:08 (UTC +04:00)

Elmi tədqiqat, mədəniyyət, gənclər və idman müəssisələrində çalışanların əmək haqları artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.


Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə bu kateqoriya işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesaba 10 faiz artırılıb. Prezident həmçinin mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesaba 10 faiz artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar