Leysan gözlənilir
17 sentyabr 2010 12:02 (UTC +04:00)

Leysan gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub-şərq küləyi əsəcək. Gündüz 25-27, axşam 21-23 dərəcə isti olacaq.


Sentyabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Gecə 16-20, gündüz 25-27 dərəcə isti olacaq.


Sentyabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 15-18, gündüz 22-24 dərəcə isti olacaq.


Sentyabrın 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 15-17, gündüz 23-26 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 18-də hava, əsasən yağmursuz keçəcək. Lakin
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi
günün ikinci yarısında qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-19, gündüz 26-30, dağlarda gecə 8-12, gündüz 16-19 dərəcə isti olacaq.

Sentyabrın 19-20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, 20-də şərq küləyi ilə əvəzlənəcək. Gecə 13-17, gündüz 22-25, 20-də 28 dərəcəyədək isti, dağlarda gecə 7-10, gündüz 12-15, 20-də 18 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar