ABU-nun tələbələri yenidən Təhsil Nazirliyinə üz tutub
15 sentyabr 2010 13:07 (UTC +04:00)

ABU-nun tələbələri yenidən Təhsil Nazirliyinə üz tutub

Yeni dərs ilinin ilk günündə bütün tələbə və şagirdlər oxuduqları məktəblərə yollandıqları halda Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələri təhsil Nazirliyinin qarşısına toplaşıb. Onlar universitetin bağlanması nəticəsində təhsildən kənarda qalmalarından şikayətlənirlər.

Lent.az-ın məlumatına görə, tələbələr bir neçə gün əvvəl universitetin giriş qapılarına vurulmuş elana əsaslanaraq, dərslərdə iştirak edə biləcəklərini düşünüblər. Elə bu məqsədlə də səhər saatlarında universitetə gəliblər. Ancaq onları içəri buraxmayıblar. Hətta ABU-nun qarşısında toplaşan tələbələr bir neçə saat ərzində universitet rəhbərliyi ilə də görüşə bilməyiblər. Bu səbəbdən tələbələrin böyük bir qrupu iki ədəd marşrut avtobusuna doluşaraq Təhsil Nazirliyinə yollanıblar.

Hazırda tələbələr Təhsil Nazirliyinin məsul şəxsləri ilə görüşmək məqsədilə qəbul şöbəsinin qarşısına toplaşıblar. Hələlik onları nazirlikdə heç kəs qəbul etməyib. Qəbul şöbəsində isə tələbələrə bildirilib ki, ABU ilə bağlı son araşdırmalar artıq başa çatıb və Təhsil Nazirliyi qanuni təhsil alan tələbələr barəsində müvafiq addımlar atıb. Digər vasitələrlə ABU-ya qəbul olunmuş tələbələrin isə taleyinə Təhsil Nazirliyi məsuliyyət daşımır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar