BŞBPİ yeni dərs ilinin başlanması ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, tədbirlər planı 2010 -2011-ci dərs ilin başlanması ilə əlaqədar paytaxtda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb. Tədbirlər planına əsasən, 15 sentyabr 2010-cu il tarixdən Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə post-patrul xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulub. Həmçinin yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt küçələrində avtomobil tıxaclarının qarşısını almaq məqsədilə yol polislərinin ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. Tədbirlər planına uyğun olaraq, texniki və yanğından mühafizənin vəziyyətini araşdırmaq məqsədilə aidiyyəti qurumların iştirakı ilə bütün təhsil müəssisələrinə baxış keçirilib.
BŞBPİ-dən, həmçinin bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərinin bütün rayon polis idarələrində də xüsusi tədbirlər planı hazırlanıb.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46