Məktəbli geyimlərinin yalnız “Bakı Tikiş” ASC-də hazırlanmasına dair göstəriş verilməyib
“Məktəbli geyimlərinin yalnız “Bakı Tikiş” Açıq Səhmdar Cəmiyyətin (ASC) istehsalı olması barədə heç bir rəsmi göstəriş verilməyib. Bizim üçün önəmli odur ki, harada tikilməyindən asılı olmayaraq, şagirdlər məktəbə müəyyənləşdirilmiş formada gəlsinlər”.
Bu sözləri APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, valideynlər bu geyimi fərdi qaydada istədikləri yerdə də tikdirə bilərlər: “Yetər ki, onlar vahid geyim formasını əsas götürsünlər”.
İdarə rəsmisi deyib ki, valideynlərin bir qismi artıq geyimləri özlərinin seçdikləri tikiş sexlərində tikdiriblər: “Heç bir şərt qoyulmayıb ki, elan edilmiş məktəbli formaları yalnız “Bakı Tikiş” ASC-nin istehsalı olsun. Bu fabrik sadəcə kütləvi istehsalla məşğuldur. Onun imkanı var ki, geyimləri kütləvi şəkildə istehsal etsin və satışa buraxsın”.
Z. Əliqızı məktəb direktorlarının valideynlərdən uşaqları üçün yalnız “Bakı Tikiş” ASC-nin istehsalı olan geyimləri almağa məcbur etməsi və onlardan həmin müəssisənin çekini tələb etməsi ilə bağlı iddiaları da qəbul etməyib. Onun sözlərinə görə, belə faktlarla qarşılaşanlar BŞTİ-ya müraciət etsinlər: “İndiyədək isə idarəyə bununla bağlı heç bir müraciət daxil olmayıb”.

834