Təhsil Nazirliyindən ABU-ya növbəti sərt xəbərdarlıq
14 sentyabr 2010 12:08 (UTC +04:00)

Təhsil Nazirliyindən ABU-ya növbəti sərt xəbərdarlıq

Bu sözləri APA-ya açıqlamasında Təhsil Nazirliyinin İcra Aparatının baş məsləhətçisi İlyar Vahabov deyib. Onun sözlərinə görə, ABU rəhbərliyi məktəb divarlarına məktəbin fəaliyyətinin davam edilməsi və tələbələrin sentyabrın 15-dən dərsə gəlmələri ilə bağlı qanunsuz elanlar yapışdırıb. Artıq bununla bağlı nazirlik məktəb rəhbərliyinə rəsmi xəbərdarlıq edib.


ABU-nun fəaliyyətinin bərpasının nəzərdə tutulmadığını deyən nazirlik rəsmisi bunu cəfəngiyat adlandırıb. İ. Vahabov əlavə edib ki, ABU-nun tələbələrinin digər ali məktəblərə köçürülmə prosesi hazırda davam edir. Köçürülmüş tələbələr təhsil haqlarını ödəmək, qeydiyyatdan keçməklə sentyabrın 15-dən həmin ali məktəblərdə təhsillərini davam etdirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar