Metroda yenilik: gediş haqqı SMS-lə ödəniləcək
Lent.az-ın məlumatına görə, burada gediş haqları yeni formada – telefon vasitəsilə ödənilir. Stansiyada gördüyümüz yeniliklərlə əlaqədar Bakı Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ilə əlaqə saxladıq. Nəzakət xanım yeniliyin olduğunu təsdiqlədi və dedi ki, bunda sonra metro kartı olmayan şəxslər də metroya minə biləcəklər: “Biz artıq Elmlər Akademiyası stansiyasında pilot layihə həyata keçirmişik. Orda iki yeni turniket quraşdırılıb. Metroya daxil olmaq istəyən hər bir şəxsdə xüsusi kod olacaq. Onlar turniketə yaxınlaşaraq, həmin kodu SMS formasında daxil edib, keçə biləcəklər”.
Nəzakət Tarverdiyeva onu da bildirdi ki, yeni sistemlə bağlı bütün işləri “Mobysky” şirkəti həyata keçirəcək. Hələlik yalnız “Azercell” abunəçiləri bu sistemdən yararlana bilər. Layihə kütləviləşdikdən sonra bütün mobil operator istifadəçiləri bu üsulla metroya daxil ola biləcəklər.
Nizam Rza

1385