“Ozan Aşıq Dünyası” kitabında 200 aşığa dair məlumat yer alıb
13 sentyabr 2010 12:56 (UTC +04:00)

“Ozan Aşıq Dünyası” kitabında 200 aşığa dair məlumat yer alıb

Azərbaycan Aşıqlar Birliyi (AAB) dünyasını dəyişmiş aşıqlarla bağlı həyata keçirdiyi layihəni başa çatdırmaq üzrədir.


AAB-nin katibi, “‘Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlunun Lent.az-a verdiyi məlumata görə, xalq şairi, AAB-nin sədri Zəlimxan Yaqubun rəhbərliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə əsasında hazırlanan “Ozan Aşıq Dünyası” adlı bu kitabda dünyasını dəyişmiş 200-dən çox aşığın qısa tərcümeyi-halı və fotoşəkilləri yer alıb.


Eyni zamanda 20-ci əsrin əvvəllərindən bu yana saz sənəti ilə bağlı müxtəlif tədbirlərdə, aşıqların daha öncəki qurultaylarında çəkilmiş nadir fotoşəkillər də kitabda əksini tapıb.


Musa Nəbioğlu bildirib ki, bu, ozan aşıq sənəti ilə bağlı həyata keçirilən sonuncu layihə olmayacaq. Artıq sazbəndlərlə bağlı da ayrıca kitab hazırlanmasına başlanılıb: “Bu sənətə biganə olmayan hər kəsdən xahiş edirik ki, bu kitabın da daha məzmunlu olması üçün əllərindən gələni əsirgəməsinlər. Tanıdıqları sazbəndlərlə bağlı onlarda olan məlumatları, tarixi fotoşəkil və digər sənədləri AAB-yə təqdim etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309

Oxşar yazılar