Yağışlar davam edəcək
13 sentyabr 2010 12:49 (UTC +04:00)

Yağışlar davam edəcək

Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında buludluluğun artacağı, qısamüddətli yağışlar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sentyabrın 14-də Bakıda havalar dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-22 dərəcə, günün birinci yarısında 25-30 dərəcə, axşama doğru 20-24 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 22-23 dərəcə olacağı proqnozlaşdırılır.


Sentyabrın 15-də havanın tutulub açılacağı, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22 dərəcə, gündüz 25-27 dərəcə isti olacaq.


Sentyabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə, dağlarda gecə 8-13, gündüz 15-19 dərəcə isti olacaq.


Sentyabrın 15-16-da bölgələrdə havalar əsasən yağmursuz keçəcək. Lakin 15-də gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, sentyabrın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-19 dərəcə isti olacaq.


Yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün müsbət amil olsa da, sentyabrın 14-də günün ikinci yarısından 15-i səhərədək atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar