Bakıda nüvə enerjisi mövzusunda beynəlxalq konfrans keçiriləcək
Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzənin dinləniləcəyini bildirib.
Dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislər də konfransa dəvət olunacaqlar. Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.

913