
Məktəbə belə dayaq olarlar!
Xaçmaz rayonunda 10-a yaxın məktəb binası qəzalı vəziyyətdədir. Bunlardan ən pis vəziyyətdə olanı rayonunun Müzəffəroba kənd orta kənd məktəbidir. Məktəbin 3 otağı tamamilə yararsız vəziyyətə düşdüyündən onlardan istifadə etmək mümkün deyil. Təhsil ocağı artıq 2 ildir qəzalı vəziyyətdədir. Elə o vaxtdan bu günə kimi məktəb dirəklərin köməkliyi ilə “ayaqüstə” dura bilib. Bundan başqa, rayonun Köhnə Xaçmaz, Qaradağbuduq, Qıraqlı, Qaraçı, Uzunoba və bir sıra kənd məktəbləri qəzalı vəziyyətdədir. Xaçmaz rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, qəzalı məktəblərin təmiri ilə əlaqədar Təhsil Nazirliyinə müraciət olunub.
Vəli Turan
Vəli Turan
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33