İstirahət mərkəzlərindəki xaricilər Lənkərandan Bakıya qayıda bilmirlər
Leysan yağışlar Lənkəran-Lerik avtomobil yolunda maşınların hərəkətini yenə də çətinləşdirib.
BBC-nin müxbiri Fainə Hənifəyevanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, o və İordaniyadan olan bir neçə əcnəbi qonaq Lerik rayonunun Piran kəndi ərazisində yerləşən “Təbəssüm” istirahət mərkəzindən Bakıya qayıda bilmirlər. İstirahət mərkəzinin direktoru Akif Əliyev də APA-ya həmkarımızın dediklərini təsdiqləyərək dünən axşamdan burada sel sularının ciddi təhlükə yaratdığını, bir neçə tikilini yuyub apardığını, daha bir neçə yardımçı tikilinin isə su altında qaldığını bildirib.
Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna açıqlamasında sözügedən yolun ağır texnikanın köməyi ilə bir neçə dəfə artıq təmizləndiyini, lakin şiddətli yağışların davam etməsi ucbatından dağlardan qaya parçalarının, daş və torpağın tökülməsi nəticəsində yolda yenə də maşınların hərəkəti üçün maneələrin yarandığını deyib.
H. Məlikov hazırda rayonun 60-dan çox yaşayış məntəqəsinə enerji verilişinin kəsildiyini, axşama kimi bu problemin aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü də bildirib.

1505