Sentyabrın 13-dək yağış yağacaq
11 sentyabr 2010 13:44 (UTC +04:00)

Sentyabrın 13-dək yağış yağacaq

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, ötən gecə ölkənin cənub bölgəsində və Böyük Qafqazın rayonlarında kəskin yağıntı müşahidə olunub ki, bu da aylıq normanın 46-85 faizini təşkil edib. Ən çox yağıntının Bakı-Abşeron yarımadasında müşahidə olunduğunu qeyd edən U. Tağıyeva düşən yağıntının miqdarının 24-48 mm təşkil etdiyini, bunun da aylıq normadan 2 dəfə çox olduğunu deyib.

Kəskin yağıntılar dövrünün artıq geridə qaldığını qeyd edən U. Tağıyeva sentyabrın 11-dən 12-ə keçən gecə və səhər saatlarında bəzi rayonlarda yağıntının davam edəcəyini bildirib: “Sabah gündüz saatlarından başlayaraq isə əvvəlcə respublikanın qərb rayonlarında, sonra isə digər rayonlarda yağış kəsiləcək. Ayın 13-də, əsasən dəyişkən buludlu və yağmursuz hava şəraiti müşahidə olunacaq. Temperatur 2-3 dərəcə yüksələrək 26-27 dərəcə təşkil edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar