BMT: Keçmiş SSRİ ölkələri intihar hallarının sayına görə dünyada liderdir
11 sentyabr 2010 12:30 (UTC +04:00)

BMT: Keçmiş SSRİ ölkələri intihar hallarının sayına görə dünyada liderdir

APA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bildirilir ki, hər 40 saniyədə kimsə həyatına son qoymaq istəyir, gün ərzində isə 3 minə yaxın insan bu addımı atır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatında isə qeyd olunur ki, son 40 il ərzində özünə qəsd hadisələrinin sayı 60% artıb. Lakin dünyada intihara cəhd nəticəsində ölümün sayı isə hələ aşağı səviyyədə qalır. Belə ki, özünə qəsd edən hər 20 nəfərdən yalnız 1-i dünyasını dəyişir. İntiharın sayına görə Şərqi Avropa və keçmiş SSRİ ölkələri liderdir. Bu regionların ardınca Çin və Yaponiya gəlir.

Avropa və Şimali Amerikada intihara gətirib çıxaran əsas faktorlar sırasında depressiya, alkoqol asılılığı, Asiyada isə emosional xasiyyət qeyd olunur. Özünə qəsd hadisələri psixoloji, sosial, mədəniyyət və ətraf mühit amilləri ilə də əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar