Nəqliyyatda sərnişindaşıma tarifləri 0,4 faiz artıb
Avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 6,8 faiz ucuzlaşıb. Sərnişindaşıma tarifləri isə 0,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən ay dəmir yolunda yükdaşıma tarifləri xarici ölkələrarası gətirilmə üzrə 4,2 faiz, tranzit yüklərin daşınması üzrə 1,0 faiz ucuzlaşıb. Əvəzində yerli əlaqə üzrə tariflər 6,9 faiz, digər ölkələrə göndərilmə üzrə 3,9 faiz yüksəlib. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 2,6 faiz bahalaşıb, yerli əlaqə üzrə isə heç bir dəyişiklik olmayıb.
Hava nəqliyyatında sərnişindaşıma tariflərinə gəlincə, avqust ayı ərzində bu sahədə 0,6 faiz artım qeydə alınıb. Yükdaşıma tariflərində iyul ayındakı səviyyədə olub.
Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 13,6 faiz ucuzlaşma qeydə alınıb. Hazırda
mobil telefon rabitəsi və internet tariflərinin müvafiq olaraq 0,1 və 0,5 faiz ucuzlaşması nəticəsində ümumilikdə telekommunikasiya tarifləri 0,1 faiz aşağı düşüb.
Elxan SALAHOV

825