Binəqədidə təhsil işçilərinin konfransı keçirilib - FOTO
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, konfransdan əvvəl rayon ərazisində yaşayan şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan 100 nəfər məktəbliyə RİH başçısı tərəfindən məktəbli çantası, dərs ləvazimatları və maddi köməkliklər təqdim olunub.
Daha sonra millət vəkillərinin, ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin, idarə, təşkilat, müəssisə rəhbərlərinin və təhsil işçilərinin iştirak etdiyi konfransı açan RİH başçısı Alı Qocayev təhsil sisteminin inkişafının ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafından qaynaqlandığını bildirib.
Hesabat məruzəsi ilə çıxış edən RİH başçısının müavini Eldar Ağayev rayonda fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbində 2009-2010-cu tədris ilində 2553 nəfər şagirdin məktəbi bitirdiyini, bunlardan 2258 nəfərinin ali məktəblərə sənəd verdiyini və 1286 nəfərin ali məktəblərə qəbul olduğunu bildirib. Tələbə adını qazananlardan 86 nəfərinin 600-dən, 29 nəfərinin isə 650-dən çox bal topladığını bildirən natiq eyni zamanda 115 saylı orta məktəbin şagirdi Aygül Tanrıverdiyevanın 700 bal topladığını qeyd edib.
O, prezidentin sərəncamı ilə rayonun 4 məktəbinin (99, 115, 126 və 143 nömrəli məktəblər) “ən yaxşı ümumtəhsil məktəbi” adına, 4 nəfər müəllimin isə “ən yaxşı müəllim” adına layiq görüldüyünü diqqətə çatdırıb.
Sonda təhsil sahəsində əldə etdiyi uğurlara görə həmin məktəb, müəllim və tələbələrə RİH başçısının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38