Şura beynəlxalq konfransa hazırlaşır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin noyabr ayında “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçirəcəyi beynəlxalq konfransın İşçi Qrupunun növbəti toplantısı keçirilib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda konfransla bağlı indiyədək görülmüş işlər haqqında məlumatlar dinlənilib, konfransa təqdim olunacaq bir sıra texniki sənədlərin müzakirəsi aparılıb.
İclasda Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş hüquqşünası Məhəmməd Quluzadə, Vətəndaş Cəmiyyəti Layihəsinin ölkə üzrə direktor müavini İlqar Ağasıyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Ülvi İsmayıl, Xarici İşlər Nazirliyinin nümayəndəsi Vüqar Hacıyev, Şuranın icraçı direktoru Fərasət Qurbanov və başqaları iştirak ediblər.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

541