Nazir: “Hansısa universitetdə məzunlara diplom verilməyibsə, günah ali məktəbin özündədir”
Misir Mərdanov bu məsələdə Təhsil Nazirliyinin günahı olmadığını deyir
“Məzunlara diplomların verilməsində gecikmələrə görə məsuliyyət ali məktəblərin üzərinə düşür. Təhsil Nazirliyi bütün ali məktəblərə diplomları vaxtında çatdırıb. Universitetlər də diplomların məzunlara vaxtında verilməsini təmin etməlidirlər”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bəzi ali məktəblərdə məzunlara, xüsusən də magistrlərə diplomların verilməsinin yubadılmasına aydınlıq gətirərkən belə deyib.
Xatırladaq ki, bəzi ali məktəblər 2008-ci ildə həm bakalavr, həm də magistr pillələrini bitirmiş məzunların bir qisminə hələ də diplom verməyib. Səbəb isə diplomların guya, təhsil Nazirliyi tərəfindən universitetlərə göndərilməməsi ilə əlaqələndirilir. Hətta bəzi ali məktəblərdə Təhsil Nazirliyinin diplomların məzunlara paylanmasına icazə vermədiyi bildirilir.
Təhsil naziri Misir Mərdanov isə bu məlumatları qətiyyətlə təkzib edir: “Bu məsələdə Təhsil Nazirliyinin heç bir günahı ola bilməz. Diplomlar vaxtında sifariş verilir və alınır. Hazırda heç bir ali məktəbin nazirlikdə diplomu qalmayıb. Əgər indiyədək hansısa universitetdə məzunlara diplom verilməyibsə, deməli, günah ali məktəbin özündədir”.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çox isti olacaq - PROQNOZ
31 may 2025 , 12:08
İyunda güclü maqnit qasırğaları olacaq – Ayın PROQNOZU
31 may 2025 , 10:35
Həftə sonu bütün pullarını itirmək riski altında olan BÜRCLƏR
31 may 2025 , 09:09
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi
31 may 2025 , 08:55
Mina partlayışında yaralanan Tərtər sakininin atası da oxşar hadisənin qurbanı olub
30 may 2025 , 22:11
Aprelin 20-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ
30 may 2025 , 21:54
Qəbiristanlıqda son zəng çalındı
30 may 2025 , 21:44