Azərbaycanda minimum pensiya məbləği Rusiyadakından çox yüksəkdir
06 mart 2009 16:30 (UTC +04:00)

Azərbaycanda minimum pensiya məbləği Rusiyadakından çox yüksəkdir

Azərbaycanda əlilliyə görə pensiya alanların sayı ötən il 10 min 569 nəfər çoxalıb

Hazırda mövcud olan minimum pensiyanın məbləğinə görə Azərbaycan MDB məkanında və Baltikyanı ölkələr sırasında 4-cü yerdədir. Bu sırada birinci yeri 170 dollarla Estoniya, ikinci yeri 130 dollarla Litva, üçüncü yeri 101 dollarla Qazaxıstan, dördüncü yeri isə 93,2 dollarla Azərbaycan tutur.

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Rusiyada minimum pensiyanın məbləği 50,66 dollardır. Lakin şimal qonşumuzda dövlət pensiyaçı vətəndaşlara bəzi kompensasiya xarakterli sosial ödəmələr də tətbiq olunur. Bu vəsaitlərlə birliklə Rusiyada minimum pensiyanın məbləği 68 dollardır. Gürcüstanda bu göstərici 33 dollar, Belorusda 67, Ukraynada 70, Moldovada 45, Özbəkistanda 40, Latviyada 92 dollar, Tacikistanda 16, Qırğızıstanda 13, Ermənistanda isə 26,2 dollardır.

Səlim Müslümov bildirib ki, 2009-cu il yanvarın 1-ə olan məlumata görə, hazırda Azərbaycanda 1 milyon 275 min 308 nəfər pensiyaçı var. Onun sözlərinə görə, son bir ildə pensiyaçıların sayı 26 min 455 nəfər artıb: “Təəssüf ki, bu artımın böyük bir hissəsi əlilliyə görə pensiyaya çıxanların payına düşür. Ötən il onların sayı 10 min 569 nəfər çoxalıb. Ötən il yeni pensiya alanların 14 min 818 nəfəri yaşa görə pensiyaya çıxanlar, 1068 nəfər ailə başçısını itirənlərdir”.

Fond sədri qeyd edib ki, Azərbaycanda bütün pensiyaçıların 9 min 241 nəfəri dövlət qulluqçularıdır. Onlardan 6 min 729-u yaşa görə, 1928 nəfəri əlilliyə, 584 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alanlardır. Onun sözlərinə görə, bu il yanvarın 1-dək ölkədə 1 nəfərə görə orta aylıq pensiyanın məbləği 96 manat təşkil edir. Lakin pensiyanın sığorta hissəsinin indeksləşdirilməsindən sonra bu məbləğ 99 manata çatıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37