“Aztelekom”dan xəbərdarlıq
492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidməti göstərməsi dayandırılacaq
“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidməti göstərməsini dayandıracaq.
“Aztelekom”dan APA-ya verilən məlumata görə, bu qurumla “AzEuroTel” Birgə Müəssisəsi arasında mövcud arabağlantı müqaviləsinə əsasən, göstərilən rabitə xidmətlərinin dəyəri dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “AzEuroTel” tərəfindən ödənilmir. “AzEuroTel” fevralın 24-ü saat 12.00-a qədər ödəniş aparmasa, 492, 497, 437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətini dayandıracaq. Bu ATS-lərin istifadəçiləri yalnız öz aralarında bir-biriləri ilə danışa biləcəklər.
“Aztelekom”dan buna görə məsuliyyəti “AzEuroTel”in daşıdığını da söyləyiblər.
“AzEuroTel”dən isə məsələyə münasibət bildirmək istəməyiblər.

Oxşar yazılar

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33