Şagirdlərin dərsliklərlə pulsuz təminatına 8 milyon manat xərclənib
Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.
Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udi dili” dərslikləri yeni hazırlanıb və çap olunub.

586