Tufandağda Meteoroloji Stansiya istifadəyə verildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4172 metr hündürlükdə quraşdırdığı Avtomat Meteoroloji Stansiyanın MDB-də analoqu yoxdur
MDB ölkələri arasında ən yüksək nöqtədə - Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiya istifadəyə verilib. Bununla da Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi üçün nəzərdə tutulan 3-cü, sonuncu stansiya işə salınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə 2700 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur. Bu stansiyalar Bazardüzü, Şahdağ və Tufandağ ekosisteminin kompleks elmi-tədqiqinə xidmət edəcək.
Xatırladaq ki, Azərbaycan ərazisində ən böyük aktiv buzlaqlar məhz Tufandağın zirvəsinə yaxın yerləşir. Buzlaqlar qlobal iqlim dəyişmələrinin indikatorudur. Qlobal istiləşmə ilə əlaqədar olaraq bütün dünyada buzlaqların sahəsi azalmaqdadır. Azərbaycan ərazisində də bu stansiyaların köməkliyi ilə buzlaqlar və meteoroloji şəraitin müşahidələri əsasında qlobal iqlim dəyişmələrinin təzahürünü izləmək mümkün olacaq.
Elxan SALAHOV

704