QHT-lərə məktub yetişmir
Maliyyə Nazirliyinin 554 QHT-yə göndərdiyi məktublar poçt müəssisələri tərəfindən geri qaytarılıb
Bir neçə dəfə elan olunan xəbərdarlıqlara baxmayaraq, hələ də bir çox qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməyib. Hətta bəzi ictimai təşkilatların ünvanları tapılmadığından onlara göndərilən məktublar geri qayıdır.
Lent.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ünvanladığı məktubda belə deyilir. Müraciətdə qeyd edilir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahıya əsasən, dövlət qeydiyyatına alınmış 2467 QHT-dən 831-i maliyyə hesabatlarını qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada Maliyyə Nazirliyinə təqdim edib. Maliyyə hesabatlarını təqdim etməyən 1636 təşkilatdan 1465-ə hesabatların təqdim edilməsi barədə müvafiq xəbərdarlıq məktubları göndərilib, 171 təşkilatın ünvanı Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş siyahıda göstərilmədiyindən həmin təşkilatlara məktubların göndərilməsi mümkün olmayıb.
Nazirlik tərəfindən müvafiq məktublar göndərildikdən sonra maliyyə hesabatları və maliyyə fəaliyyətsizlikləri barədə məlumatları gecikmə ilə təqdim etmiş 252 QHT-yə qarşı inzibati cəza istənilib. Artıq Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiqi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsinə başlanıb.
Bundan başqa, ünvanların düzgün olmaması səbəbindən 554 QHT-yə göndərilmiş məktublar poçt müəssisələri tərəfindən geri qaytarılıb. Maliyyə Nazirliyi tərəfindən inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi barədə 659 QHT-yə ünvanlanmış məktublara da heç bir reaksiya verilməyib.
Ünvanı bəlli olmayan 171 QHT-nin, eləcə də Maliyyə Nazirliyinə bu günədək hesabat təqdim etməmiş 1465 QHT-nin siyahısını ictimaiyyətə açıqlamaqda məqsəd onları qanunvericiliyin tələblərinə riayət etməyə çağırmaqdır.

471