İctimai Komitə Cəzaçəkmə Müəssisələrində monitorinq keçirib
19 avqust 2010 13:15 (UTC +04:00)

İctimai Komitə Cəzaçəkmə Müəssisələrində monitorinq keçirib

Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakını Təmin Edən və Cəzanı İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən İctimai Komitə Penitensiar Xidmətin Uşaq Tərbiyə Müəssisəsində və 4 saylı Cəzaçəkmə Müəssisəsində (“Qadın kalonunda”) monitorinq keçirib. Komitədən Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvləri Elmari Məmişov, Şahin Camalov və Nazir Quliyev məhbuslara hüquqi yardım göstəriblər.

Monitorinq zamanı komitə üzvləri qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, İdman və asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baş çəkərək vəziyyətlə tanış olub və məhkumlarla söhbət edərək fərdi qəbullar həyata keçiriblər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar