Daşqınlardan zərər çəkənlərə indiyədək ödənmiş kompensasiyanın həcmi açıqlanıb
“Kür və Araz çaylarının vadisində baş vermiş daşqınlarla bağlı birinci mərhələ yoxlamalarının nəticələri əsasında işlərə start verilib, ikinci mərhələ yoxlamalarının nəticələri üzrə isə yeni qərarın verilməsi gözlənilir”.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
E. Əsədov bildirib ki, Kür və Araz vadisindəki daşqınlarla əlaqədar ölkə prezidentinin göstərişi əsasında Nazirlər Kabineti tərəfindən müvafiq qərarlar qəbul edilib: “Daşqınlardan zərər çəkmiş heç bir vətəndaş dövlətin diqqətindən kənarda qalmayacaq. Bilirsiniz ki, müxtəlif nazirliklər tərəfindən komissiyalar yaradılıb, eyni zamanda FHN-də 8 sahə üzrə komissiya formalaşdırılıb. Bu komissiyalar tərəfindən ərazilərə baxış keçirilib, bütün Kür və Araz boyu ərazilərdə tikinti işlərinə start verilib. Hazırda uçmuş və qəzalı vəziyyətə düşmüş 2000-ə yaxın evin yenidən tikilməsi, zədələnmiş 1200-dən artıq evin bərpası, 1000-dən artıq yaşayış evinin təmiri üçün sənədlər tərtib edilib və aktlaşdırılıb. Respublikanın 8 rayonunun ərazisində yeni tikiləcək 1400-dən artıq evin bünövrəsi qoyulub, bir qismində isə artıq hörgü işləri aparılır. Bu evlərin inşası bir aydan sonra başa çatacaq, yoxlamalardan sonra təhvil veriləcək. Ümumilikdə isə bütün yaşayış evlərinin oktyabr ayının sonunadək təhvil verilməsi nəzərdə tutulur”.
E. Əsədovun sözlərinə görə, 104 fərdi yaşayış evi və infrastrukturdan ibarət qəsəbə İmişlinin Telişli kəndində, 178 evdən və infrastrukturdan ibarət digər qəsəbə isə Saatlı rayonu ərazisində tikilməkdədir. Salyan rayonuna bitişik 260 evdən ibarət bir mikrorayon da salınır ki, oraya daşqınlardan ziyan çəkmiş 80 ailə köçürüləcək. Qalan evlər isə daşqın ərazilərindən gələcəkdə planlı şəkildə köçürüləcək ailələrə veriləcək. Digər ərazilərdə isə tikintilər və bərpa işləri su basmış evlərin yerində aparılır”.
E. Əsədov bildirib ki, ikinci mərhələ yoxlamaları bir neçə gün əvvəl başa çatıb: “Bir çox kənddən su gec çəkildiyi üçün ikinci dəfə komissiyalar ərazilərdə müayinə apardı. Komissiyaların nəticələri hazırda öyrənilir. Gələn həftədən həmin yoxlamanın nəticələri ilə əlaqədar müvafiq qərarlar veriləcək”.
O, yaşayış evlərindən başqa 51 sosial obyektdə də tikinti və bərpa işlərinə başlandığını vurğulayıb: “17 məktəbdə təmir və bərpa işləri aparılır. Kürdəmir rayonunun Carlı kənd məktəbi isə uçduğundan, orada 9 sinifdən ibarət yeni məktəb inşa olunur”.
E. Əsədov daşqınlardan zərər çəkmiş sakinlərə kompensasiyaların verilməsi məsələsinə də toxunub: “Nazirlər Kabinetinin qərarına əsasən, böyük zədələnmələrə məruz qalmamış, təmir olunacaq yaşayış evlərinin sakinləri üçün iki növ kompensasiya nəzərdə tutulub. Birinci növ kompensasiya həmin evlərin təmirinin sakinlərin öz gücləri hesabına aparılması nəzərə alınmaqla, mövcud yaşayış evlərinin sahəsinə uyğun ödənilir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün ikinci növ kompensasiya su basması nəticəsində məhv olmuş əşyalarına görə ailə tərkibinin sayına müvafiq hesablanır. Daşqınlardan ziyan çəkmiş, amma siyahılarda adları olmayan vətəndaşlar barəsində tədbirlər isə dəqiqləşdirmələrdən və araşdırmalardan sonra həyata keçiriləcək”.
Birinci mərhələ yoxlamaları nəticəsində hesablanmış kompensasiyalarının verilməsinin başa çatmaq üzrə olduğunu qeyd edən E. Əsədovun sözlərinə görə, 3200-dən artıq ailəyə evlərinin təmiri üçün 3 milyon 133 min manat kompensasiya ödənilib. Ev əşyalarına görə isə 966 ailə 828 min manat kompensasiya alıb.

637