Hacıqabul-Bəhrəmtəpə körpüsü açılıb
Hacıqabul-Bəhrəmtəpə yolunun üstündə yerləşən, Şirvan və Sabirabadı birləşdirən Kür çayı üzərindəki körpü mikroavtobuslar, minik avtomobilləri və yüngül tonnajlı maşınlar üçün açılıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı yol istismar idarəsinin baş mühəndisi Xeyrulla Əzizov məlumat verib. Onun dediyinə görə, dünəndən körpünün üstündəki dəmir-beton plitələrin quraşdırılmasına start verilib. Artıq bu gün işlər yekunlaşıb.
Körpünün hər iki tərəfinə hündürlüyü nizamlayan 2,2 metr hündürlükdə məhdudiyyət tirləri (şlaqbaumlar) qoyulub. Bu da körpüdə yalnız mikroavtobusların, minik avtomobilləri və yüngül tonnajlı maşınların hərəkətinə imkan verəcək. Ağır tonnajlı yük avtomobilləri isə yenə də alternativ yoldan istifadə edəcək.
Qeyd edək ki, iyulun 30-da körpünün uçması nəticəsində avtomobillərin hərəkəti dayandırılmışdı.

554