Attestatsız şagirdlər üçün şans
Təkrar buraxılış imtahanlarında iştirak qaydaları müəyyənləşdi
Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində buraxılış imtahanlarından qeyri-kafi qiymət almış şagirdlərin attestat almaq üçün hansı mərhələlərdən keçməli olduğunun qaydalarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış şagirdlər növbəti dərs ilində qeyri-kafi qiymət aldıqları fəndən təkrar buraxılış imtahanı verirlər. Şagird təkrar buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etmədikdə və ya yenə də qeyri-kafi qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydasında bütün fənlərdən buraxılış imtahanı verir. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər (ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə) rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
Əvvəlki dərs ilində buraxılış imtahanı keçirilməyən bir və ya bir neçə fəndən qeyri-kafi qiymət aldığı üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan şagirdlər də hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edir və rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən müəyyən olunmuş məktəbdə qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) mərkəzləşdirilmiş qaydada ilkin mərhələ imtahanları verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan, habelə müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsil səviyyəsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər də ekstern yolu ilə imtahanlara buraxılırlar. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
Elxan SALAHOV

530